Yuxarı

Baş pediatrdan uşaq ölümləri "pripiskası"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş pediatrdan uşaq ölümləri "pripiskası"

"Əvvəllər bölgələrdəki xəstəxanalarda imkanlar daha az idi, lakin indi oradakı xəstəxanalar ən müasir tipli "Təcili yardım" maşınları, reanimobillər, digər ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə təmin olunub. Baxmayaraq ki, bölgələrdə fəaliyyət göstərən xəstəxanaların şəraiti qismən yaxşılaşıb, ancaq yenə də vəziyyəti ağırlaşan uşaqlar məhz Bakıya gətirilir. Buna görə də uşaq ölümləri bölgələrdən daha çox Bakıda fəaliyyət göstərən yüksək ixtisaslı uşaq tibb müəssisələrində baş verir".

Bunu Report.az-a açıqlamasında Azərbaycanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Bunun qanunauyğun olduğunu deyən baş pediatrın sözlərinə görə, son 2 ildə uşaq ölümündə azalmaya meyillilik qalır, yəni artım qeydə alınmayıb: "Qarşıya qoyulan əsas məqsədlərdən də biri odur ki, bu göstəricilər ilbəil aşağı düşsün".

O, həmçinin qeyd edib ki, 2014-cü il Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması istiqamətində uğurlu və məhsuldar il olub: "Əminəm ki, gələcəkdə də bu işlər uğurla davam edəcək. Çünki Səhiyyə Nazirliyi ana və uşaqlara göstərilən tibbi xidməti prioritet xidmət sahələrinə aid edib. Yəni bu, həm dövlətin, həm də nazirliyin diqqət mərkəzində olan vacib məsələlərdən biridir. İnanıram ki, yaxın gələcəkdə ölkədə ana və uşaq ölümündə nəzərə çarpacaq dərəcədə azalma müşahidə olunacaq və Avropanın inkişaf etmiş ölkələri səviyyəsinə yaxınlaşmağa imkanımız olacaq".

Tarix
2014.12.13 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

İlham Əliyev Gürcüstan səfirliyində: başsağlığı verdi - Foto

Ruttedən Azərbaycan açıqlaması: Mühüm addım idi...

Azərbaycan üzərindən tranzit... - Qriqoryan

Rusiyanın İrana yardım qatarı Astaraya çatdı - Video

Tokayev TDT ilə bağlı bu sazişi ratifikasiya etdi

Azərbaycanla çox vacib razılığa gəldik

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla