Yuxarı

Alkopan fəsadı: “Akkord” bütün ziyanı üstünə götürdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:30

Gecədən başlayan külək Bakıxanov qəsəbəsində yerləşən “Akkord” binalarının üzlüklərini qopararaq maşınların üzərinə atıb.

Axar.az xəbər verir ki, bir aya yaxındır üzlükləri sökülən “Uğur-2” kompleksinə daxil binaların alkoponları küləyin təsirindən qopub. Nəticədə kompleksin həyətindəki maşınlara və bəzi evlərə ziyan dəyib.

Belə ki, dəmir konstruksiyalar küləyin təsirindən yellənərək bəzi evlərin pəncərəsini sındırıb. Külək binanın sökülməkdə olan alkoponunu da uçurub. Dəmir konstruksiyaya bitişik olan alkoponlar binanın yaxınlığında park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə 3 avtomobilə ciddi ziyan dəyib.

Təmirlə əlaqədar sakinlərin təhlükəsizliyi üçün ayrılmış yol da dəmir konstruksiyalar səbəbindən dağılıb. 8 binanın yerləşdiyi şəhərciyə giriş-çıxış müvəqqəti olaraq başqa istiqamətdən açılıb. Külək davam etdiyindən alkoponların qırılması davam edir.

***

Güclü külək nəticəsində Bakıxanov qəsəbəsində yerləşən “Akkord”un “Uğur-2” kompleksinə daxil olan binada yaşayan sakinlərin evlərinə, mülk və avtomobillərinə dəyən ziyan şirkət tərəfindən qarşılanacaq.

Bu barədə sakinlərə “Akkord” rəhbərliyi məlumat verib. Külək nəticəsində pəncərəsi dağılmış evlərdə olan şirkət rəhbərliyi sakinlərin dağılan və ya sınan əşyalarının alınması üçün də pul verib.

Sakinlər bildirib ki, pəncərələr müvəqqəti olaraq takta örtüklə örtülüb:

“Külək yatdıqdan sonra pəncərələr dəyişdiriləcək. Hazırda külək olduğu üçün müvəqqəti taxta vuruldu pəncərəyə. Xalçamız bütün şüşə idi. Şirkət rəhbərliyi bunu da nəzərə alaraq xalçalarımızı yumaq üçün pul verdi”.

Həmçinin avtomobilinə ziyan dəyən sürücülərlə də şirkət rəhbərinin görüşü olub. Bildirilib ki, avtomobillərə dəyən ziyan hesablanacaq və hər kəsə ziyanın miqdarı qədər kompensasiya ödəniləcək.

Tarix
2019.05.20 / 13:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla