Yuxarı

Tələbənin ölümü ilə nəticələnən ağır qəzanın - Təfərrüatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Astarada baş verən ağır qəzayla bağlı təfərrüat məlum olub.

Axar.az xəbər verir ki, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə qəzada ölən Qadir Baxşiyevin Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kurs tələbəsi olduğunu qeyd edib.

Məlumata görə, qəza VAZ-21011 markalı avtomobilin sürücüsü 11-ci sinif şagirdi Şəhriyar Əsgərovun digər avtomobillə yarışması səbəbindən baş verib:

“Dəfndən gəlirəm. 18 yaşlı qohumumuz, əzizimiz Qadiri dəfn etdik. Bu gün ağır qəzada həyatını itirdi. Qadir Baxşiyev Bədən Tərbiyəsi və İdman Akademiyasının 1-ci kursunda oxuyurdu. Həftəsonu evə gəlib. Bu gün kənddə 11-ci sinifdə oxuyan bir uşağın sürdüyü maşında qəzaya düşdü. Qadirin ilk qatili o 11-ci sinifdə oxuyan uşağın valideynidir. Hansı ki, bir “Jiquli” alıb verib uşağa. Bu gün o uşaq bir nəfərin həyatına son qoydu. Evin tək oğlu idi. Sonrakı günahkar isə o yeniyetmə ilə yarışan digər sürücüdür. Ən sonuncu günahkar o yeniyetmədir.

Xahiş edirəm, ay valideynlər, yeniyetmə övladlarınızla bu cür davranmayın. Məktəbliyə maşın verməyin. Uşağınıza məsuliyyət duyğusunu aşılayın. Bəsdir daha! Müharibədən betər ölürük!”

Tarix
2019.05.20 / 10:56
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla