Yuxarı

Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəmir yolu ilə Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq.

Report xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, Qəbələ istiqamətində olan dəmir yolu təqribən 45-46 km-dir. QSC sədri yolun coğrafi mövqeyinin bir qədər çətin olduğunu deyib:

"Həmin yolda sürüşmələr ola bilər. Belə ki, dəmir yolu məsləhətçi firmaların nəzarəti altında tikilir. Yolun bu ilin sonuna qədər torpaq yatağı bitəcək. Çalışırıq ki, yol və yol yatağını bitirək. Sürət orta hesabla 100 km olsa, 3 saat ərzində Bakıdan Qəbələyə getmək mümkündür".

Xatırladaq ki, C.Qurbanov bir müddət əvvəl gələn ilin yay aylarından sərnişinlərin Bakıdan Qəbələyə sürət qatarı ilə gedə biləcəklərini qeyd etmişdi. O, həmçinin əlavə etmişdi ki, bu istiqamətdə əlavə 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir.

Tarix
2019.05.26 / 20:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla