Yuxarı

Elmar Vəliyev dünya məşhurlarını Gəncəyə gətirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Vəliyev dünya məşhurlarını Gəncəyə gətirir

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gəncəlilər üçün gözlənilməz addım atıb.

"Axar.az"ın "AzVision.az"a istinadən verdiyi məlumata görə, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin 2016-cı ilin "Avropa gənclər paytaxtı" seçilməsindən sonra E.Vəliyev bu qələbəni xüsusi qeyd etmək qərarına gəlib.

İcra başçısı tarixi qələbəni qeyd etmək üçün möhtəşəm konsert proqramının keçirilməsini tapşırıb. Belə ki, E.Vəliyev konsertdə hansı popuylar müğənninin iştirak etməsini gənclərin öhdəsinə buraxıb.

Bunun üçün də icra başçısı tapşırıq verib ki, gənclər hansı dünya ulduzunu Gəncədə görmək istəyirsə, o müğənni şəhərə gətiriləcək. Bu müğənninin kim olmasından asılı olmayaraq.

Şəxsən icra başçısının özü bu barədə göstəriş verib. Bunun üçün hətta "feysbuk"da sorğu keçirilir ki, gənclər hansı ulduzun Azərbaycana gətirilməsini istəyir?

"Əziz gənclər, hamımıza yaxşı məlumdur ki, Gəncə şəhəri Avropanın Gənclər Paytaxtı seçilərək tarixi qələbəyə imza atıb. Bu münasibətlə Gəncədə möhtəşəm tədbirlər keçiriləcək.

Qalibiyyətin sahibi siz gənclər olduğunuz üçün, aranızda belə bir sorğu keçirtmək qərarına gəldik. Gəncədə bu qələbə münasibəti ilə konsert keçirtsək, hansı dünya şöhrətli mügənnini Gəncədə görmək istərdiniz? (fikirləriniz önəmlidir, fəal olun!)"-deyə sosial şəbəkədə şəhər sakinləri arasında sorğu keçirilir.

Səsvermədən sonra ən çox səs toplayan müğənni Gəncədə təşkil olunan konsert proqramında iştirak edəcək.

Qeyd edək ki, Gəncəyə gətiriləcək məşhurlar sırasında Şakira, Rihanna, Cenefir Lopez və tanınmış türk müğənnilərinin adı çəkilir.

Tarix
2013.12.10 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla