Yuxarı

Səlim Müslümov DB rəsmiləri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səlim Müslümov DB rəsmiləri ilə görüşdü - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının nümayəndələri ilə görüş olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, "Azərbaycanda Əlilliyin Qiymətləndirilməsi: cari nailiyyətlər və gələcək addımlar" mövzusunda keçirilən beynəlxalq seminar çərçivəsində Dünya Bankının nümayəndələri ilə görüş olub.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada əldə olunan sosial-iqtisadi nailiyyətlər barədə məlumat verən nazir Səlim Müslümov ölkənin ümumi inkişaf ruhuna uyğun olaraq, əmək və sosial müdafiə sahəsində aparılan islahatları diqqətə çatdırıb.

S.Müslümov əlillik təyinatında şəffaflığın təminatına nail olmaq üçün yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi barədə də danışıb.

Dünya Bankının sosial müdafiə və əmək təcrübəsi üzrə meneceri Endryu Mason ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatları yüksək dəyərləndirib. E.Mason bildirib ki, Dünya Bankı belə vacib iş sahəsində əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Dünya Bankının əlillik üzrə baş eksperti Aleksandra Posarak əlilliyin müəyyən olunması meyarlarının təkmilləşdirilməsində Azərbaycanın qabaqcıl dünya təcrübəsini öyrənməkdə olduğunu və bu mühüm işlərdə Dünya Bankı tərəfindən lazımi dəstəyin veriləcəyini bildirib.

Tarix
2014.12.16 / 13:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla