Yuxarı

Gəncədə qaçqınların köçü başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə qaçqınların köçü başladı

Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan Xocalı və Kəlbəcərdən olan məcburi köçkünlər yeni qəsəbəyə köçürüləcək.

Axar.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin Hacıkənd qəsəbəsində məskunlaşan Xocalı və Kəlbəcərdən olan məcburi köçkünlər ilin sonuna qədər Kəpəz rayonu ərazisində salınan 600 mənzildən ibarət qəsəbəyə köçürüləcək.

Gəncə şəhər İcra Hakimiyyəti nümayəndələrinin Hacıkənddə məskunlaşan məcburi köçkün ailələri ilə keçirilən görüş zamanı bildirilib ki, qəsəbədə 140 ailənin yeni mənzillə təmin olunması nəzərdə tutulub, onların ev və məişət əşyalarının daşınması üçün dövlət tərəfindən nəqliyyat vasitələri ayrılıb. Məcburi köçkün ailələrinin əksəriyyəti heyvandarlıqla məşğul olduğundan mal-qaranın saxlanması üçün yeni fermanın tikilməsi də planlaşdırılır. Görüşdə yeni qəsəbəyə köçürüləcək sakinlərin işlə təminatına da zəmanət verilib.

Tarix
2014.12.17 / 01:31
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla