Yuxarı

Tofiq Yaqubludan "Azadlıq"a etiraz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tofiq Yaqubludan "Azadlıq"a etiraz

Qəzet siyasi məhbusun yazısının özək abzasını çıxaramağı, yazını "Yeni Müsavat"ın əleyhinə çevirməyi üstün tutub

Məlum olduğu kimi, dünən Müsavat Partiyası başqanının həbsdə olan müavini, "Yeni Müsavat" qəzetinin köşə yazarı Tofiq Yaqublunun "Azadlıq" qəzetində yazısı dərc olunmuşdu.

Həm adı çəkilən qəzetin bəzi əməkdaşları, həm də bəzi siyasi funksionerlər bu faktı ("Yeni Müsavat"ın köşə yazarının öz yazısını "Azadlıq"da dərc etdirməsini) "Yeni Müsavat"ın əleyhinə çevirərək yazırdılar ki, bunun özü çox şeydən xəbər verir. Yəni "Yeni Müsavat"a öz yazarından etiraz var və bu yazar kimin haqlı, kimin daha mübariz olduğunu, hakimiyyətdən çəkinmədiyini, ixtisara yol vermədiyini yaxşı bilir.

Bu gün məlum olur ki, "Azadlıq" qəzeti Tofiq Yaqublunun məqaləsini ixtisarla dərc edib. Bu barədə xəbər tutan siyasi məhbus vəkili Nemət Kərimlidən öz fikirlərini "Yeni Müsavat"a və "Azadlıq" qəzetinə çatdırmağı istəyib.

Aldığımız məlumata görə, T.Yaqublunun yazısında ixtisar olunan abzasda söhbət "Yeni Müsavat"ın Baş redaktoru Rauf Arifoğlunun dövlət başçısına "Jurnalistlərin dostu" mükafatının verilməsi mərasiminə qatılmasından bəhs olunub. T.Yaqublu senzuradan keçməyən həmin abzasda baş redaktorun bu hərəkətlə medianın problemlərini qaldırmasını, öz qəzetinin xilası üçün atdığı addımı bəyəndiyini, hətta alqışladığını yazıb. Ancaq "Azadlıq" qəzeti bu abzası ixtisar edərək, yazını öz mənafeyinə uyğunlaşdıraraq yaymağı üstün tutub ("Musavat.com")

Tarix
2013.12.10 / 16:00
Müəllif
Axar.az
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla