Yuxarı

Şeyx Pakistanın baş nazirinə məktub göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Pakistan İslam Respublikasının baş naziri Nəvaz Şərifə başsağlığı məktubu göndərib.

Report.az-ın xəbərinə görə, məktubda deyilir:

"Qardaş Pakistan İslam Respublikasının Peşəvər şəhərində hərbi məktəbə hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çoxsaylı insan tələfatı ilə nəticələnmiş terror aktı haqqında xəbər bizləri hədsiz sarsıtdı. Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına dərin hüznlə başsağlığı verir, mənfur terror hadisəsinin qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün pakistanlı qardaşlarımıza səbr və dəyanət arzulayıram. Əmin ola bilərsiniz ki, Azərbaycan müsəlmanları kədərinizə ürəkdən şərik olur, dərdinizi bölüşürlər. Məscidlərimizdə terror qurbanlarının – günahsız uşaqların ruhları üçün Allaha dualar edilir. Müqəddəs dəyər olan insan həyatına qəsd edən, Allaha xoş getməyən əməllər törədənlərin mənfur niyyətləri puç olacaq, inşallah. Qoy, Allah-Təala xalqlarımızın rifah və sabitliyinə təcavüz edənləri layiq olduqları cəzaya məhkum etsin, dost və qardaş ölkələrimizdə daima sülh və əmin-amanlığı qərar versin.

Bir daha səmimi başsağlıqlarımızı qardaş Pakistan xalqına yetirir, Uca Allahdan Öz Lütf və Mərhəmətini hər zaman bizim xalqlarımız və dövlətlərimiz üzərində bərqərar etməsini diləyirəm!"

Tarix
2014.12.19 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla