Yuxarı

Şeyxin xahişinə Prezidentdən reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyxin xahişinə Prezidentdən reaksiya

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Bakının Səbail rayonundakı Mustafa Sübhi küçəsinin adı dəyişdirilərək Nabat Aşurbəyova adlandırılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, bu barədə BŞİH başçısı Hacıbala Abutalıbov bu gün sərəncam imzalayıb.

Qeyd edək ki, Mustafa Sübhi (1888-1921) Türkiyə Kommunist Partiyasının lideri, Nabat Aşurbəyova (1795-1912) isə məşhur Azərbaycan xeyriyyəçisi olub. Təzə Pir məscidi onun şəxsi vəsaiti ilə tikilib. Özünün və oğlu Hacı Abbasqulunun məzarları məscidin giriş qapısındadır. Təzə Pir məscidi keçmiş Mustafa Sübhi, bu gündən Nabat Aşurbəyovanın adını daşıyan küçədə yerləşir.

Nabat xanım dövlətli Bakı taciri Hacı Musa Rza Rzayеvin həyat yoldaşı olub. Onların izdivacından bir oğlan (Hacı Abbasqulu Rzayеv) və 2 qız - Əşrəf (Zülеyxa) xanım və Gülbəstə xanım dünyaya gəlib (APA).

Xatırladaq ki, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Təzə Pir məscidinin yerləşdiyi küçənin adının dəyişdirilməsi ilə bağlı Bakı meri Hacıbala Abutalıbova müraciət etmişdi. Bakı meriyasından isə bu işin onların səlahiyyətində olmadığı bildirilmişdi.

Prezident İlham Əliyevin tövsiyyəsindən sonra Bakı İcra Hakimiyyəti məsələni dərhal həll edib.

Tarix
2013.12.10 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla