Yuxarı

Naxçıvana yeni teplovoz gətirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana yeni teplovoz gətirildi - Foto

Naxçıvan dəmir yolunda lokomotivlərə olan tələbat nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun tapşırığına əsasən “ÇME 3” seriyalı 6069 saylı yeni manevr teplovozu “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilib.

Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası işğalçı ölkə tərəfindən blokadaya salındığı üçün ölkəmizlə qədim diyarın birbaşa dəmir yolu əlaqəsi olmadığına görə daşımalar əsasən avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir. Yüklərin muxtar respublikaya çatdırılmasında Gürcüstan və Türkiyə üzərindən keçən avtomobil yolundan da geniş istifadə olunur. Yeni teplovoz da xüsusi avtoqoşqular vasitəsilə Gürcüstan və Türkiyə üzərindən keçməklə iyunun 12-də muxtar respublikaya gətirilib.

Teplovozdan dəmir yolunda manevr işlərinin aparılmasında, qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin olunmasında, sərnişinlərin vaxtında mənzil başına çatdırılmasında, həmçinin Ordubad-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunacaqdır.

Qeyd edək ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb, vağzal binaları, stansiyaların idarəetmə mərkəzləri, inzibati və yardımçı binalar əsaslı təmir olunub. Yeni avadanlıqların, maşın və mexanizmlərin, vaqonların alınıb gətirilməsi, yolların əsaslı təmiri və yenidən qurulması yük və sərnişindaşımalarının etibarlılığını təmin edib.

Muxtar respublikada dəmir yol-nəqliyyat kompleksinin yenilənməsi, bu sahənin texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər 2019-cu ildə də davam etdirilir. Yeni teplovozun muxtar respublikaya gətirilməsi də görülən işlərin davamıdır.

Tarix
2019.06.12 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla