Yuxarı

ANS göstərdi, polis sürücüləri işsiz qoydu - Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda taksi sürücüləri yeni problemlə üzləşib. Metronun "Neftçilər" stansiyası yaxınlığında çalışan sürücülərə orda dayanmağa icazə verilmir.

Bu barədə Axar.az-a şikayət edən bir qrup sürücü bildirib ki, onlara avtobus dayanacağında maşın saxlamağa icazə verilmir və bunu anlayışla qarşılayırlar. Amma sürücüləri dayanacaqdan kənarda da maşın saxlamağa qoymurlar.

Sürücülərin sözlərinə görə, "8-ci kilometr" bazarı ətrafında, metronun digər çıxışlarında taksi sürücüləri maşın saxlaya bilirlər. Ancaq "Maqnit" mağazası qarşısındakı ərazidə taksi sürücülərinə işləməyə imkan verilmir. Buna səbəb bir müddət əvvəl ANS-in efirində aparıcı Kamran Həsənlinin avtobus dayanacağının taksi sürücüləri tərəfindən zəbt edildiyini göstərməsi olub. Bundan sonra Nəqliyyat Departamentinin əməkdaşları və polis əraziyə gələrək sürücüləri kənarlaşdırıb. Amma onlara dayanacaqdan kənarda da maşın saxlamağa imkan verməyiblər. Sürücülər qeyd edirlər ki, metrodan daha uzaq məsafədə maşın saxlamaq müştəri itkisi deməkdir və sərnişinlərin diqqətini cəlb etmir.

Tarix
2014.12.20 / 00:40
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla