Yuxarı

Birlikdə yaşadığı qadını həyətində basdırıb - Şok cinayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 2 ay əvvəl törədilmiş qətlin üstü açılıb.

Baş prokurorluqdan Axar.az-a verilən məlumata görə, dekabrın 19-da 1963-cü il təvəllüdlü, Gəncə şəhər sakini İsmayılov Vidalət Təbriz oğlu Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gələrək nigahdan kənar yaşadığı 1985-ci il təvəllüdlü, Gəncə şəhər sakini Əliyeva Esmira Bağban qızını təxminən 50 gün əvvəl yaşadıqları mənzildə şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğduğunu etiraf edib. Bildirib ki, onu qəsdən öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.

Dərhal şəhər prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinin müayinəsi aparılmış, E.Əliyevanın meyiti basdırıldığı yerdən çıxarılıb ekspertin iştirakı ilə xarici və daxili müayinə olunub.

Fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

V.İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Tarix
2014.12.20 / 12:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla