Yuxarı

Cinayətin qarşısı necə alınmalıdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi intihar və məişət zəminində baş verən cinayət hadisələrinin qarşısını almaq üçün həyata keçirilməsi zəruri olan tədbirləri açıqlayıb.

Komitənin sədr müavini Aynur Sofiyeva Trend ə deyib ki, intihar halları və məişət zəminində cinayət hadisələri bəzi insanlarda müşahidə edilən aqressiyanın nəticəsidir.

A.Sofiyeva hesab edir ki, bunun qarşısını almaq üçün ailə psixoloqlarının, məktəb psixoloqlarının işinin gücləndirilməsi, ailə psixoloqu institutunun yaradılması bu gün üçün qarşıda duran ən vacib məsələlərdən biridir:

"Bu məsələ Komitə tərəfindən qaldırılanda insanlar deyirlər ki, keçmişdə, dədə-babalarımızda bu, var idimi? Onda o problemlər də yox idi. Amma bunu gərək qəbul edək ki, hər zamanın özünün diqtə etdiyi məsələlər var və bugünki cəmiyyət, bu gün baş verən proseslər bu məsələni diqtə edir".

Komitənin sədr müavini deyib ki, Azərbaycanda məişət zəminində zorakılıq halları azalıb: "Statistik rəqəmlərə baxanda biz məişət daxilində zorakılıq hallarında azalmanı görürük, amma kütləvi informasiya vasitələri bu məsələni bir az böyüdür. Bir məsələni də qeyd emək lazımdır ki, dünyada gedən proseslər, stresslər insanlarda aqressiya yaradıb. O aqressiya da cəmiyyətdə olduğu kimi, ailələrdə də özünü göstərir".

Tarix
2014.12.21 / 11:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla