Yuxarı

Tələbələrimiz sualları oğurladı, imtahan ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçirdiyi Milli Riyaziyyat Olimpiadasının suallarının Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri tərəfindən oğurlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə məlumat Axar.az-a təhsil eksperti Kamran Əsədovun sözügedən olimpiadanın suallarının tələbələr tərəfindən oğurlanması barədə iddialarına cavab olaraq Azərbaycan-Fransız Universitetindən verilib. Universitetdən bildirilib ki, tələbələr universitetin öz daxili imtahanlarının, yəni semestr imtahanlarının suallarını oğurlayıb:

“Semestr imtahanlarının suallarını sistemdən oğurlayan ikinci kurs tələbələri olub və bu məsələ dəqiq araşdırıldıqdan sonra onlar cəzalandırılacaq. Suallar oğurlanması səbəbiylə universitetin iki imtahan ləğv olunub və yenidən keçirilməsi nəzərdə tutulub. Fransanın Milli Riyaziyyat Olimpiadası suallarının oğurlanması isə yalan məlumatdır. Universitetimizdə belə hadisə baş verməyib. Əksinə, 10 tələbəmiz Fransada 500-dən çox iştirakçı arasında ilk 100-lükdə yer alıb. Bir tələbəmiz Ləman 500-dən çox iştirakçı arasında 4-cü, qızlar arasında isə 1-ci olub. Bu, çox yüksək və uğurlu nəticədir”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov Azərbaycan-Fransız Universitetinin (UFAZ) bir qrup tələbəsinin imtahan sisteminə qanunsuz müdaxilə edərək, Fransanın keçirdiyi Milli Riyaziyyat Olimpiadasının riyaziyyat və fizika fənni üzrə suallarını oğurlamaları barədə məlumat paylaşıb.

Tarix
2019.06.25 / 14:38
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla