Yuxarı

İrəvan xanlığı ərazisindəki məscidlər... – Komitə sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet dövründə dinə qarşı olan təzyiqlər bu sahədə boşluq yaratmışdı.

Axar.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda çıxışı zamanı bildirib. O deyib ki, həmin dövrdə islami dəyərlər, dinlə bağlı fikirlər arxa planda idi.

“Qafqazda islam sivilizasiyasının yayılmasında Qafqaz Müsəlmanları İdarəsinin özünəməxsus rolu olub. Lakin bu, yalnız müstəqillik illərindən sonra geniş həyata keçirilməyə başlanılıb. Azərbaycan müstəqilliyini yeni əldə edəndə ölkədə yalnız 17 məscid fəaliyyət göstərirdi. İndi isə Azərbaycanda 2500-dən çox məscid var. İslam Qafqazda yayıldığı dövrdə İrəvan xanlığında (hazırki Ermənistan ərazisi) da məscidlər olub. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda islama qarşı qərəzli mövqeyi bu ərazidə islama aid mədəniyyət nümunələrinin tədricən məhvinə səbəb olub. Hesablamalara görə, Ermənistanda Azərbaycan türklərinə və islama aid minlərlə mədəniyyət ocaqları dağıdılıb”.

Komitə sədri onu da vurğulayıb ki, Qafqazda yəhudiliyin, islamın, xristianlığın, zərdüştlüyün ilkin ocaqları meydana gəlib.

Tarix
2019.07.11 / 12:47
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla