Yuxarı

Ötən il Gəncədə şəhid olan polkovniklər yad edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ötən il iyul ayının 10-da radikal dini yönümlü bir qrup şəxsin Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərən zaman, onların qanunazidd əməllərinin qarşını alarkən şəhid olan polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun anım mərasimi keçirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, ​Şəhidlər Xiyabanında baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev və hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid polislərin ailə üzvləri iştirak ediblər.

Anım mərasimində şəhid polislərin məzarları önünə əklil qoyulub, üzərlərinə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub. Anım mərasimindən sonra şəhid olan polis əməkdaşlarının xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Tarix
2019.07.11 / 15:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla