Yuxarı

Gömrükçülər telefon və elektronika malları aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrükçülər mobil telefonlar və elektronika malları aşkarlayıblar.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları külli miqdarda mobil telefon və elektron əşyanın qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı sadələşdirilmiş bəyannamə təqdim edərək özü ilə 2 noutbuk, 1 "Samsung A50" markalı mobil telefon gətirdiyini bəyan edib. Lakin yoxlama zamanı vətəndaşa məxsus baqajdan və əl yüklərindən bəyannamədə göstərilən əşyalardan başqa, gömrük orqanına bəyan edilməyən 6 ədəd plata, 40 ədəd mobil telefon ekranı, 2 qutu simsiz "AirPods" qulaqlıq, 10 ədəd portativ enerjiyığma cihazı, 6 ədəd yaddaş kartı, 50 ədəd 32 GB və 5 ədəd 128 GB flaşkart, üzərindəki gödəkçənin ciblərindən isə 4 "Iphone" markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.07.11 / 17:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla