Yuxarı

BNA-dan "Bakı Bus" sürücülərinə göstəriş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Bakı Bus" MMC-nin bəzi avtobuslarında kondisionerlərin işləməməsinə münasibət bildirib.

Agentliyin mətbuat katibi Mais Ağayev Report-a açıqlamasında deyib ki, kondisionerlərin işlək vəziyyətdə olması ilə bağlı sürücülərə göstəriş verilib.

"Ara-sıra hansısa avtobusda kondisioner işləməyə bilər. Bununla bağlı BNA-nın 141 nömrəli Qaynar Xəttinə müraciətlər daxil olur və yaranmış problem dərhal aradan qaldırılır", - deyə o, qeyd edib.

Xatırladaq ki, son vaxtlar "Bakı Bus"a məxsus 5, 6 və 125 nömrəli avtobuslarında kondisionerlərin işlək vəziyyətdə olmaması hallarına rast gəlinir.

Tarix
2019.07.12 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla