Yuxarı

İnstaqramda tanış olub, oğurluq edənlər tutuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnstaqram sosial şəbəkəsində tanış olaraq paytaxtda oğurluqlar edən şəxslər saxlanılıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, Sabunçu rayonu Maştağa qəsəbəsində gecə saatlarında qəsəbə ərazisində xüsusi texniki avadanlıqlarla qorunan marketlərdən birindən Mərkəzi Mühafizə Məntəqəsinə Həyəcan siqnalı daxil olub.

Dərhal Sabunçu Mühafizə İdarəsinin əməkdaşları hadisə yerinə yollanıb və obyektin qapısının sındırıldığı müəyyən edilib. Bu zaman həmin ərazidən “Moskviç 21406” markalı maşının uzaqlaşması polislərdə şübhə oyatdığından həmin nəqliyyat vasitəsi təqib edilərək saxlanılıb. Avtomobilin sürücüsü və maşında olan 4 nəfər marketə oğurluq məqsədi ilə daxil olduqlarını etiraf ediblər. Onların avtomobilindən və üzərlərindən mağazadan oğurladıqları maddi sübutlar aşkar edilərək götürülüb. Həmçinin dəstə üzvlərindən saxta üsulla hazırlanan üzərində polisə dəstək yazılan vəsiqələr, müxtəlif şəxslərə aid şəxsiyyət vəsiqələri aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxslərin əvvəllər məhkum olunmuş Cəlilabad rayon sakinləri Sakit Əkbərov, Əfqan Abıyev, Xızı Rayon sakini Fərid Əhmədzadə və yetkinlik yaşına çatmayan daha bir nəfər olduğu müəyyən edilib. Həmçinin dəstə üzvlərinin oğurluğa gedən zaman istifadə etdikləri avtomobilin sürücüsü paytaxt sakini Əliəşrəf Fətdahov da məsuliyyətə cəlb edilib.

Saxlanılan şəxslər ifadələrində İnstaqram sosial şəbəkəsində yaradılan müxtəlif qruplarda tanış olduqlarını və əvvəlcədən razılaşaraq paytaxt ərazisində oğurluqlar etdiklərini bildiriblər.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri, həmçinin dəstə üzvlərinin digər əlaqələrinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Tarix
2019.07.19 / 13:26
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla