Yuxarı

Nazirlik açıqladı: Məhsul bol olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı bazarlarına xeyli pomidor gətiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) rəhbərliyi və mütəxəssisləri, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun alimlərinin iştirakı ilə Xaçmaz və Lənkəran rayonlarının tərəvəz sahələrində növbəti monitorinq aparılıb.

Monitorinq iştirakçıları bir neçə tərəvəzçilik təsərrüfatlarında olub, tərəvəz, xüsusi ilə pomidor sahələrinə baxış keçiriblər. Baxış zamanı sahələrdə xəstəlik və zərərvericilərlə sirayətlənmə halları müşahidə edilməyib. Fermer və sahibkarlara müvafiq məsləhət və tövsiyələr verilib.

Monitorinqlərin nəticəsinə əsasən, Xaçmaz rayonundakı sahələrdən bol pomidor məhsulunun istehsalı gözlənilir. Hazırda pomidor məhsulları yetişmə fazasındadır. Növbəti həftələrdə Bakı şəhərinin bazarlarına bol məhsulun çıxarılması gözlənilir.

Qeyd edək ki, Xacmazda pomidor yığımına iyulun əvvəlindən başlanılıb. Rayonda əsasən pomidorun "Lajen”, "Sultan”, "Vətən” və "Sevimli” sortları becərilir. Bir hektar pomidor sahəsindən orta hesabla 40-50 ton məhsul almaq mümkündür.

Tarix
2019.07.21 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla