Yuxarı

Prezidentin iradı: Bakı meriyası iclasa hazırlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin iradı: Bakı meriyası iclasa hazırlaşır

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə ölkə başçısı küçələrin işıqlandırılması məsələsinə həssaslığını bir daha nümayiş etdirdi.

Axar.az xəbər verir ki, bununla bağlı danışan Prezident küçə işıqlandırılmasının hələ də lazımi səviyyədə olmadığını bildirib. Ölkə başçısı müşavirədə göstəriş də verib və qeyd edib ki, bu məsələyə çox ciddi diqqət göstərilməlidir.

Prezidentin tapşırığı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirildi ki, sözügedən məsələ ilə bağlı iclas keçiriləcək:

“Cənab Prezidentin müşavirədəki tapşırığı ilə bağlı Bakı şəhər İcra Hakimiyyətində iclas keçirilməsi və müvafiq qərarların qəbulu nəzərdə tutulur. Bu barədə mediaya geniş açıqlama veriləcək”.

Məsələ ilə bağlı danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı isə küçələrin və yolların işıqlandırılmasının vacibliyini vurğulayıb:

“Cənab Prezident çox sağ olsun ki, bu problemin həlli istiqamətində müvafiq göstərişlər verdi. Bu da o deməkdir, Prezident bütün bu məsələləri nəzarətdə saxlayır. Düşünürəm ki, onun bu göstərişi xeyli dəyişikliklərə gətirib çıxaracaq. Küçələrin işıqlandırılması həm təhlükəsizlik, həm də estetik gözəllik baxımından çox əhəmiyyətlidir. Küçələrin işıqlandırılmaması oğurluq hallarının, yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır, xüsusən də piyadaların vurulması halları artır. Çünki daha çox piyada vurma hadisələri sutkanın qaranlıq vaxtlarında baş verir. Bu sahədə çox böyük problem var. Təsəssüflər olsun ki, bizim aidiyyəti qurumlar bu məsələyə laqeyd yanaşırlar”.

Ekspert gecə saatlarında küçə və yollarda işıqların söndürülməsinə ehtiyac olmadığını bildirib:

“Xüsusən də şəhərin mərkəzində də gecə yarısı olan kimi işıqları söndürürlər. Enerji istehsalı baxımından bizim elə bir ciddi problemimiz yoxdur ki, qənaət rejiminə keçək. İmkanımız varsa, paytaxtın küçə və yollarında işıqlandırma səhərə qədər təmin ediməlidir”.

Tarix
2019.08.01 / 14:29
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla