Yuxarı

Kartla xərcləmək sərfəlidir! - ABB-dən kampaniya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Azərbaycan Beynəlxalq Bankı yeni “Kartla xərcləmək sərfəlidir!” devizi altında kampaniyaya start verib.

Axar.az xəbər verir ki, kampaniya 12 avqustdan 30 sentyabra qədər olmaqla 7 həftəni əhatə edir.

Bu müddətdə ölkə daxilində və ölkədən xaricdə POS terminallar, yaxud elektron ticarət sistemləri vasitəsilə Azərbaycan Beynəlxalq Bankının kartları ilə həftə ərzində minimum 10 manatdan az olmayaraq ən çox sayda ödəniş əməliyyatı aparmış müştərilər müxtəlif məbləğlərdə pul uduşları qazanacaqlar.

Hər həftə əməliyyatların sayı nəzərə alınmaqla 50 qalib müştəri seçiləcək. Bu müştərilərin qazanacaqları uduş məbləğləri 20 manatdan 100 manatadəkdir. Uduşlar növbəti həftə onların kart hesablarına ödəniləcək. Sonda isə kampaniyanın əsas mükafatlarının qalibləri - yəni bütün kampaniya dövründə bankın kartları ilə say etibarilə ən çox nağdsız ödəniş etmiş 5 müştəri müəyyənləşəcək.

5-ci yerin qalibi Azərbaycan Beynəlxalq Bankından 300 manat, 4-cü yerin qalibi 500 manat, 3-cü yerin qalibi “Qalaaltı hotel&SPA” mərkəzinə 2 nəfərlik, 5 günlük hədiyyə paketi, 2-ci yerin qalibi “Ayfon İks” smartfonu, 1-ci yerin qalibi isə İstanbula 2 nəfərlik, 7 günlük səyahət paketi qazanacaq.

Bir gün ərzində eyni kart vasitəsilə eyni ödəniş məntəqəsində və ya eyni internet səhifəsində aparılmış əməliyyatlar kampaniyanın şərtlərinə görə, ümumiləşdirilərək 1 əməliyyat sayılır. Kampaniya korporativ və biznes kartlarına, onlayn kredit ödənişlərinə, maliyyə institutlarının fəaliyyət sahəsi üzrə aparılan əməliyyatlara aid deyil.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2019.08.09 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

Bakı və İrəvanla sülh sazişi buna misaldır - Rubio

Azərbaycan Ukraynaya qırıcılarını verə bilər - Musabəyov

Trampdan Əliyev-Paşinyan görüşü ilə bağlı paylaşım - Video

Bakı və İrəvanla sıx əməkdaşlığı davam etdirəcəyik - NATO

Bakı və Tiflislə bu əməkdaşlığı davam etdiririk - Ərdoğan

Rusiyanın Azərbaycana qarşı oyunu... - Qonçar

Azərbaycan MDB-nin iclasından imtina etdi

Ceyhun Bayramov Mirzoyanla telefon danışığı apardı

Mühacirani brifinqə xəritə ilə çıxdı: Zəngəzur dəhlizi... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla