Yuxarı

Goranboy və Şamaxı sakinləri üçün önəmli gün

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboy və Şamaxı sakinləri üçün önəmli gün

Ötən gün qazlaşdırma işləri başa çatdırılmış Goranboy rayonunun Gülməmmədli və Qarapirimli kəndlərinə təbii qaz verilib.

Axar.az xəbər verir ki, bu münasibətlə rayon rəhbərliyi və “Azəriqaz” İB nümayəndələrinin iştirakı ilə açılış mərasimi keçirilib.

Qeyd edək ki, Gülməmmədli kəndində 48, Qarapirimli kəndində isə 58 abonentin evi qazlaşdırılıb. İşlərə bu il başlanılıb və hər bir fərdi mənzilin qaz kəməri üzərində qaz sayğacı quraşdırılıb.

Bu gün, həmçinin, qazlaşdırma işləri başa çatdırılmış Şamaxı rayonunun Çıraqlı və Çöl-Göylər kəndlərinə təbii qaz verilib. Bu münasibətlə Çıraqlı kəndində rayon rəhbərliyi və “Azəriqaz” İB nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Qeyd edək ki, Çıraqlı (39 abonent) və Çöl-Göylər (110 abonent) kəndlərinə təbii qazın verilməsi ilə rayon üzrə qazlaşma faizi 96,67 %-ə çatıb. İşlərə bu ilin fevral ayının əvvəlində başlanılıb. Ümumilikdə 2 kənddə müxtəlif diametrli yeraltı orta təzyiqli polietilen və paylayıcı yerüstü qaz kəmərləri çəkilib. Hər bir fərdi mənzilin qaz kəməri üzərində 149 ədəd qaz sayğacı quraşdırılıb.

Tarix
2019.08.10 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla