Yuxarı

Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb - Ekspert

Ölkə üzrə 9-cu sinif şagirdlərinin 50 faizi riyaziyyatdan 1-ci buraxılış imtahanında 0 bal toplayıb, yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıb.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ölkə üzrə əksər 9-cu sinif şagirdlərinin riyaziyyat fənnindən buraxılış imtahanından 2 qiymət alması ilə bağlı danışarkən deyib.

“DİM 2018-2019-cu tədris ilinin yekun elmi-statistik təhlilini açıqlayıb. Bu statistikaya görə, ölkə üzrə 9-cu sinif şagirdlərinin riyaziyyatdan olan 1-ci mərhələ imtahanda 100 ballıq sistemlə orta göstəricisi 10 bal olub.

Ölkə üzrə 50 faiz 9-cu sinif şagirdi bu mərhələdə 0 bal toplayıb. Yəni imtahan vərəqini heç nə yazmadan geri qaytarıb. Bu, sadəcə dəhşətdir”, - ekspert qeyd edib.

O.Gündüz bildirib ki, məhz bu mərhələ, yəni kurikulum üzrə əldə olunan nəticələr ötən illə müqayisədə pisə doğru dəyişib:

“Hətta Bakı şəhəri üzrə nəticələr də çox bərbad olub. Söhbət etdiyim müəllimlərin bəziləri 1-ci mərhələdəki açıq tipli testlərin hədsiz çətin olduğunu da bildirirdilər. Səbəblərdən biri də budur”.

Tarix
2019.08.16 / 15:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla