Yuxarı

Bakıda kirayə evlərin qiyməti bahalaşdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda kirayə evlərin qiyməti bahalaşdı - Video

Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Ali məktəblərə yeni qəbul olunan tələbələrin qeydiyyatının başlanması ilə kirayə mənzil bazarında canlanma yaranıb. Daha çox köhnə tikililərdə mənzillərin qiyməti artıb.

Axar.az Xəzər TV-yə istinadla xəbər verir ki, kirayə verilən evlərin qiyməti bahalaşıb.

Üstəlik, tələbatın çox olması nəticəsində ev tapmaq çətinləşib. Yeni dərs ilinin başlaması hər il olduğu kimi, bu il də kirayə mənzil bazarını canlandırıb. Bakının bütün rayonlarında, xüsusilə də metrostansiyalara və ali məktəblərə yaxın yerləşən ərazilərdə evlərin qiymətində artım var.

Ali məktəbə qəbul olub rayonlardan paytaxta oxumağa gələn tələbələrin sözlərinə görə, normal şəraiti olan evlərin qiyməti yüksəkdir.

Rieltorlar isə deyib ki, artım daha çox ali məktəblərin yerləşdiyi ərazilərdə, metroya yaxın və şəhərin mərkəzi hissələrində olan evlərdə müşahidə olunur. May və iyın aylarında 200-250-manata təklif edilən evlərin qiyməti indi 350-400 manata qədər bahalaşıb.

Qeyd edək ki, tələbatın çox olmasına baxmayaraq, kirayə ev də tapılmır.

Əmlak eksperti Nüsrət İbrahimov deyib ki, 5 il əvvəllə müqayisədə kirayə mənzil təklifində 2 dəfəyə qədər azalma var. Buna səbəb paytaxtın bir sıra rayonlarında pilot layihə çərçivəsində köhnə binaların sökülməsidir.

Ekspert bildirib ki, sentyabr ayının sonuna kimi kirayə mənzil bazarında qiymətlər belə qalacaq. Daha sonra yenidən qiymətlərin düşməsi ehtimalı var.

Tarix
2019.08.17 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla