Yuxarı

Polislər arasında çempionat başa çatdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polislər arasında çempionat başa çatdı - Foto

Daxili işlər orqanlarının əməkdaşları arasında avqustun 29-dan start götürən silahsız özünümüdafiə üzrə çempionat başa çatıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nazirliyin İdman Cəmiyyətində təşkil olunan tədbirin açılış mərasimində çıxış edən Olimpiya, dünya və Avropa çempionu, İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova yarış iştirakçılarını və qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb. O, şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnmələri məqsədilə keçirilən yarışın əhəmiyyətini nəzərə çatdırıb.

Yarışda paytaxt qarnizonu ilə yanaşı, respublikanın Gəncə və Sumqayıt şəhər Baş Polis idarələrinin, rayon polis idarələrinin, Daxili Qoşunların Baş İdarəsinin, nizami hissə və tədris müəssisələrinin əməkdaşları öz bacarıqlarını nümayiş etdiriblər.

On komandadan 80-ə yaxın əməkdaşın iştirak etdiyi yarışda ilk üçlükdə Bakı Şəhər Baş Polis İdarəsi, Daxili Qoşunlarının Baş İdarəsi və Əlahiddə Çevik Polis Alayının komandaları qərarlaşıblar.

Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Munir Orucov, Mahir Əhmədov, Ehtiram Babayev və polis mayoru Aydın Həşimov iştirak ediblər.

Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını diqqətə çatdırıb. O bildirib ki, mütəmadi olaraq paytaxtımızla yanaşı, bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir, bu işdə onlara praktik kömək göstərmək məqsədilə yerlərdə təlim toplanışları keçirilir.

Tarix
2019.09.03 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla