Yuxarı

Ekspert yazdı, rəsmi qurum hərəkətə keçdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspert yazdı, rəsmi qurum hərəkətə keçdi - Foto

Yol-nəqliyyat eksperti Azər Allahverənov Bakı küçələrinin yağıntılı havalarda ən böyük problemlərindən olan yağış sularının küçələri basma səbəbləri ilə bağlı olduqca əhəmiyyətli məlumat paylaşıb.

Axar.az xəbər verir ki, ekspert problemə əsas səbəb kimi yol kənarlarındakı drenaj axınları üçün nəzərdə tutulmuş quyuların zibilliklərlə dolmasını göstərib.

A.Allahverənov bidirib ki, Nəsibbəy Yusifbəyli küçəsi ilə Akademik Topçubaşov küçəsinin kəsişməsində drenaj axınları üçün nəzərdə tutulan quyuların dəmir barmaqlıqları yoxdur:

“Bu səbəbdən quyunun ağzı xəzəl və məişət tullantıları ilə doludur. Bu yağış yağanda suyun axıntısını çətinləşdirir, hətta tam olaraq qarşısını da ala bilir. Sonra yağış zamanı kanalizasiya xətlərinin niyə işləməməsi ilə bağlı suala cavab axtarırıq. Drenaj qapaqları olmalıdır, vaxtaşırı bu barmaqlıqlar çıxarılmalı və quyular təmizlənməlidir. Nəzarət edilmədiyi və gec-gec təmizləndiyi üçün yağıntılı havalarda problem yaşayırıq”.

Ekspertin gündəmə gətirdiyi olduqca aktual məsələyə “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı da münasibət bildirib. Qurum sözçüsü belə bir əhəmiyyətli məsələni gündəmə gətirib işıqlandırdığı üçün ekspertə təşəkkür edib.

A.Cəbrayıllı bildirib ki, sözügedən ünvanda qeydə alınan problemlə əlaqədar Nəsimi Sukanal İdarəsinin rəhbərliyinə artıq məlumat verilib:

“Yağış barmaqlığı təmizlənəcək. Oğurlanmış və ya sınmış barmaqlıqla bağlı müvafiq qurum məlumatlandırılacaq. Bu və bu kimi problemlər aradan qaldırılacaq”.

Tarix
2019.09.07 / 11:32
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla