Yuxarı

Azərbaycanda yeni turizm məktəbi yaradılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş Assambleyası Moskvada "Hamı faydalanır: qlobal şəhərlərdə turizmin inkişafı strategiyaları" adlı sessiya keçirib.

Dövlət Turizm Agentliyindən Axar.az-a verilən məlumata görə, işgüzar proqramda iştirakçılar Baş Assambleyanın 23-cü sessiyasında toxunulan turizmin dayanıqlı inkişafı, təhsil, yeni iş yerlərinin açılması, həmçinin turizmdə innovasiyanın vacibliyi mövzularını müzakirə ediblər.

Müzakirələrdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də iştirak edib. Agentlik sədri çıxışı zamanı bildirib ki, son illər Azərbaycanın şəhər və regionlarında turizmin inkişafı üçün dövlət tərəfindən geniş infrastruktur işləri görülür. Bununla paralel olaraq agentlik turistlərin Azərbaycana cəlb edilməsi üçün xarici ölkələrdə geniş marketinq işləri aparır. F. Nağıyev həmçinin Azərbaycanda yeni turizm məhsullarının yaradılmasına və inkişafına, eyni zamanda mədəni irsin qorunub saxlanmasına dövlət tərəfindən xüsusi diqqət ayrıldığını bildirib. Azərbaycanda turizm sahəsində təhsilə də xüsusi diqqət yetirildiyini bildirən Agentlik sədri yeni turizm məktəbinin yaradılması üçün işlərin aparıldığını diqqətə çatdırıb.

Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında saxlanıldığını deyən Fuad Nağıyev bu səbəbdən ölkənin turizm potensialını tam göstərə bilməməsini də sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Xüsusi proqramın təşkilatçıları Moskva şəhərinin turizm komitəsi və qeyri-kommersiya təşkilatı olan "Moskvanın Turizm və Qonaqpərvərliyin İnkişafı Layihə Ofisi" dir.

Xatırladaq ki, sentyabrın 9-da Rusiyada turizm nazirləri, dövlət və özəl sektorun rəhbərlərinin iştirakı ilə Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyası işinə başlayıb.

65 turizm naziri və nazir müavini, 31 dövlət katibi olmaqla, 1100-dən çox şəxs iştirak etdiyi sessiyasının gündəliyində turizmin təhsildə və yeni iş yerlərinin açılmasında rolu, beynəlxalq turizmi davamlı etməkdə innovasiya və sahibkarlığın əhəmiyyəti kimi mövzular yer alır.

Tarix
2019.09.15 / 15:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla