Yuxarı

Əbülfəs Qarayev Özbəkistan prezidenti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın Kokand şəhərindəki qədim Xudayar Xan sarayında Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, festivala dünyanın 78 ölkəsindən xalq tətbiqi sənətinin peşəkarları, bu sahənin ekspertləri qatılıb.

Rəsmi açılış mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyayev, hökumətin və parlamentin üzvləri, səfirlər, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və nazirliyin şöbə müdiri Günel Aslanova, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib.

Ölkəmizin nümayəndə heyəti, habelə festivalın fəxri qonaqları, müxtəlif ölkələrin təmsilçiləri və diplomatik korpusun nümayəndələri əvvəlcə Kokand şəhər Mərkəzi parkında quraşdırılmış dünyanın 70-ə yaxın ölkəsindən olan sənətkarlar tərəfindən hazırlanan əl işləri və tətbiqi sənət nümunələrinin nümayiş etdirildiyi xüsusi stendlərlə tanış olublar. Tanışlıq zamanı festivaldakı Azərbaycan guşəsinə də baxış keçilirib. Ölkəmizin müxtəlif bölgələrindən olan sənətkarlar tərəfindən hazırlanmış əl işləri və yeni sənətkarlıq nümunələrinin nümayiş etdirildiyi Azərbaycan stendi ilə tanış olan nazir Əbülfəs Qarayev ölkəmizdən gələn sənətkarlarla söhbət edib, əl işlərinə baxıb və onlara öz tövsiyələrini verib.

Qeyd edək ki, Azərbaycandan bu festivala tətbiqi sənət üzrə beş nümayəndə qatılıb. Onlar Azərbaycanda işlənən xalq tətbiqi sənəti nümunələrini nümayiş etdirirlər.

Açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şövkət Mirziyayev bildirib ki, tətbiqi sənət hər bir xalqın həyatında mühüm yer tutur. Belə festivalın keçirilməsi üçün bu qədim şəhər təsadüfən seçilməyib. 2000 illik tarixi olan Kokand Fərqanə vadisinin incisidir və bu qədim şəhər təkrarsız koloriti ilə fərqlənir.

Dövlət başçısı vurğulayıb ki, Fərqanə vadisi dünya elminə və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş edib. Əhməd Fərqani, Burxoniddin Marqilani, Zaxiriddin Məhəmməd Babur, Babaraxim Maşrab və digər şəxsiyyətləri tanımayan yoxdur.

Sonra Prezident Özbəkistanın digər şəhərlərinin tətbiqi sənət ustalarının uğurlarından danışıb.

Şövkət Mirziyayev festivalın fəxri qonaqları, o cümlədən nazir Əbülfəs Qarayevlə görüşüb, qısa söhbət edib.

Açılış mərasimi Özbəkistanın incəsənət ustalarının geniş konsert proqramı ilə başa çatıb.

Tarix
2019.09.15 / 15:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla