Yuxarı

Bu video azərbaycanlı milyarderə niyə göndərildi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:15

Astarada ucqar kəndlərin birində toy karvanında yük maşınlarından istifadə olunması ilə bağlı video-görüntü mətbuatda və sosial şəbəkələrdə yeni xəbər kimi paylaşılır.

Axar.az xəbər verir ki, görüntü ilk dəfə 2018-ci il 29 noyabrda Xəzər TV-nin efirində yayılıb. Süjetdən aydın olur ki, Astaranın Tüləküvan kəndinin sakini olan yük maşınının sürücüsü öz toyunda öz maşınından istifadə edib və ona sürücü yoldaşları da qoşulub.

Süjet “qəribə toy karvanı” kimi gündəmə gətirilib, ancaq əlbəttə ki, yolun bərbad olması da diqqətdən yayınmayıb.

Bu ilin aprelində isə medianın diqqətini yenə bu video cəlb edib. Bu dəfə kəndin adı və süjetin məqsədi ümumiyyətlə hallandırılmayıb.

Sözügedən video artıq bir neçə gündür yenidən “gündəmdədir”. Hədəf olaraq isə Astaranın kəndlərində yol infrastrukturunun bərbad olması seçilib. Hətta bu süjeti xaricdə yaşayan, ölkə reallıqlarına bələd olmayan azərbaycanlı milyarderin Votsap nömrəsinə də göndərib, ondan münasibət bildirməsini istəyiblər və ölkəni tənqid üçün “imkan” tapıblar.

Əslində vəziyyət necədir?

Əlbəttə, Azərbaycanın yolları “şüşə kimi”, ucqar kəndlərimizdə infrastruktur cənnəti xatırlatmır, kifayət qədər çatışmazlıqlar var. Ancaq bunların həlli ilə bağlı ardıcıl işlər görülür. Hətta Azərbaycanın ən ucqar kəndlərindən olan Xınalığa da yol çəkilib.

Qayıdaq sözügedən kəndə. Məsələ burasındadır ki, Astaranın ucqar və hazırda sərt tənqid obyekti kimi istifadə edilən Tüləküvan kəndinin yolunun müasir səviyyədə qurulması işlərinə ötən ildən başlanılıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il iyulun 27-də “Astara rayonunun Ojakəran–Tüləküvan–Təngərüd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Yəni videonun çəkilməsindən bir neçə ay əvvəl adı çəkilən yolun çəkilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 3,4 milyon manat vəsait ayrılıb.

Yəni hökumət sözügedən kənd yolunun yararsız vəziyyətdə olmasından xəbərdar olub və Prezident bununla bağlı müvafiq Sərəncam da imzalayıb.

Ən məraqlı məqam:

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Axar.az-a bildirib ki, artıq layihə başa çatıb:

“Prezident sərəncamı əsasında sözügedən kəndlərin yol infrastrukturu tam qurulub, layihə başa çatıb. Layihəyə uyğun olaraq, kəndin magistral yola birləşən əsas yolları da tam təmir olunub. Əlbəttə, ucqar kəndlərin bütün daxili yollarını təmir etmək mümkün deyil, çünki elə dar küçələr olur ki, onu təmir etmək mühəndislik baxımından imkansızdır. Ancaq dediyim kimi, kəndin əsas yolları qurulur və Tüləküvan kəndinin də əsas yolları tam təmir olunub. O videonun hansı vaxt çəkildiyini və nə məqsədlə indi yayıldığını isə deyə bilmərəm”.

Süjetdə adı keçən (Gəlinin gətirilməsi üçün gedilən) Burzubənd kəndinin yolu da təmir edilib. Belə ki, ötən il Lovayn-Pəlikəş, Kijəbə-Burzubənd, Astara-Qamişovka, Pensər-Şahağac, Pensər-Kakalos, Sərək-Şuvi, Kijəbə-Qəcimardə, Siyaku-Şəmətük avtomobil yollarında təmir işləri aparılıb.

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur...

Tarix
2019.09.17 / 15:04
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla