Yuxarı

Tanışlıqlar zamanı necə davranmalı? – Etiket qaydaları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanışlıqlar zamanı necə davranmalı? – Etiket qaydaları

Müəyyən etiket qaydaları var ki, bir çoxları bu haqda məlumatsız olur. Bura həmçinin tanışlıq və təqdimat qaydaları daxildir ki, çoxumuz belə məqamlarda necə davranmalı olduğumuzu bilmədiyimiz üçün həyəcanlanır və ya özümüzü itiririk. Bu qaydaları bilmək yeni iş yerində, yeni kollektivdə insanın çox dadına çatır.

Axar.az hər kəsin bilməli olduğu tanışlıq və təqdimat qaydalarını təqdim edir:

* Getdiyiniz məkanda, yerdə yaşca ən kiçik olan hamıya təqdim edilməlidir. Yaxud vacib olsa kiçik yaşlı şəxs özü-özünü böyüklərə təqdim etməlidir. Yaşından və vəziyyətindən asılı olmayaraq, qadın özünü kişiyə ilk təqdim etməməlidir. Ancaq istisnalar da mümkündür. Məsələn, qadın tələbə, kişi isə professordursa, burada qadın özünü təqdim etməyə məcburdur.

* Görüş zamanı tanışlıq üçün əlini ilk olaraq təqdim olunan şəxs uzatmalıdır. Yəni qadın kişiyə, böyük uşağa əl uzatmaq məcburiyyətindədir. Biri ilə tanış olan zaman həmin adamın üzünə baxıb gülümsəmək ən etik qaydadır.

* Kişilər təqdim edilərkən ayağa qalxmalıdır. Qadın isə tanış olduğu şəxs özündən yaşlı qadın və ya çox hörmətli kişidirsə, ayağa qalxmağa borcludur.

* Mərasimdə insanları bir-biri ilə ev sahibi, yaxud mərasim sahibi tanış etməlidir. Əgər tanışlıq zamanı sizi təqdim edəcək heç kəs yoxdursa, tanış olmaq istədiyiniz adam adınızı soruşmazdan əvvəl özünüz əl uzadaraq adınızı deməlisiniz.

* Ailə üzvlərinizlə birgə getdiyiniz qonaqlıqda görüş zamanı əvvəlcə həyat yoladışınızı, daha sonra uşaqlarınızı təqdim etməlisiniz. Ancaq valideynlərinizlə dostlarınızı tanış edərkən ilk olaraq dostunuzu təqdim etməlisiniz.

* Dostlarınızı başqa tanışlarınızla tanış edərkən “dostumdur” deyə təqdim etmək yolverilməzdir. Təqdimat zamanı onun adını da çəkmək mütləqdir.

Tarix
2019.09.21 / 23:50
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla