Yuxarı

Taleh Bağırzadənin arvadı ilə bağlı qərar verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:59

“Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilib.

Axar.az xəbər verir ki, bu barədə vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

Qeyd edək ki, Leyla İsmayılzadəyə qarşı açılan cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlı olub.

Penitensiar Xidmət martın 21-də yaydığı məlumatda bildirilib ki, Leyla İsmayılzadə üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib.

Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.

Ona Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham verilib.

Bu maddənin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, Taleh Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il cəza alıb. O, cəzasını Qobustan Həsbxanasında çəkir.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Taleh Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib.

Məhkəmə Taleh Bağırovun cəzasını artıraraq, ona 18 il həbs verib.

Taleh Bağırova Qobustan Həbsxanasında qayda-qanunu pozub və ona qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb

Taleh Bağırov 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunub.

***

Ədliyyə Nazirliyi “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə haqqında cinayət işinə xitam verilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

"L.İsmayılzadə övladları ilə birgə həyat yoldaşı məhkum T.Bağırzadə ilə görüşlərinin birində cəzaçəkmə müəssisələrində istifadəsi qadağan olunmuş mobil telefonu qanunsuz olaraq ərinə ötürməyə cəhd edib.

Faktla bağlı ibtidai istintaq aparılaraq onun əməlində cinayət tərkibinin olduğu müəyyən edilib, buna baxmayaraq bu əməlin böyük ictimai təhlükə törətmədiyi, himayəsində dörd azyaşlı uşağının olması, mövcud ailə vəziyyəti nəzərə alınaraq səmimi peşman olduğu halda, barəsində cinayət təqibinə xitam verilməsinin mümkünlüyü nəzərdən keçirilib.

Bununla əlaqədar istintaq prosedurlarına uyğun olaraq L.İsmayılzadənin törətdiyi əmələ münasibət bildirməsi və iş üzrə prosessual qərar qəbul olunması üçün ona iki vəkilinin iştirakı ilə Cinayət Məcəlləsinin 29, 317-1.1-ci (cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş əşyanın ötürülməsinə cəhd) maddəsi ilə ittiham elan olunub.

L.İsmayılzadə törətdiyi əməldən səmimi peşmanlığını bildirərək təqsirindən keçilməsini xahiş etmiş və bu əsaslarla istintaq tərəfindən prosessual qaydalara uyğun olaraq onun barəsində humanist qərar qəbul olunaraq cinayət təqibinə Baş Prokurorluğun razılığı ilə xitam verilib.

Bununla əlaqədar bildirilir ki, L.İsmayılzadənin guya məhkəmə məsuliyyətinə verilməsi barədə mediada və sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil və sensasiya xatirinə belə uydurma məlumatları yayanlar ictimaiyyəti çaşdırmaq, dövlət orqanlarının qanuni və ədalətli fəaliyyətinə kölgə salmaq məqsədi güdürlər".

Tarix
2019.10.02 / 16:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla