Yuxarı

Düşmən təxribatı nəticəsində ölən mülki şəxs dəfn olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmən təxribatı nəticəsində ölən mülki şəxs dəfn olundu

Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yolla­rı­nın salınması ilə məş­ğul olan eksko­vato­run Ermənistan silahlı qüvvələri tərə­findən atə­şə tutulması nə­­ti­cəsin­də həlak olan ekskovatorun sürücüsü, mülki şəxs Abı­şov Səfərəli Ələkbər oğlu Masallı rayonunda dəfn olunub.

Report-un xəbərinə görə, o, bu gün doğulduğu Əmirtürbə kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi, Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov, ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə bildirilib ki, Səfərəli Abışov bu ilin aprel ayında sərhəd döyüş məntəqələrində tikinti-inşaat işlərinin görülməsində fərqləndiyinə görə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən “Hərbi əmək¬daşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib. O, düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə təminat yollarının salınması ilə məşğul olub. Sadə peşə sahibi, ekskavatorçu olan S.Alışov iş başında olarkən onun ekskavatoru dəfələrlə düşmən atəşinə tutulub. Lakin o, cəsarətlə işini davam etdirib.

Qeyd edək ki, Səfərəli Alışov oktyabrın 2-də saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan zaman düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs 1958-ci il təvəllüdlü Abışov Səfərəli Ələkbər oğlu aldığı güllə yarasından həyatını itirib.

Tarix
2019.10.03 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla