Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Oktyabr 2019


Zakir Qaralov Valeri Petrovu qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Baş Prokurorluq bir sıra ölkələrin prokurorluq və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələr və dostluq münasibətlərinin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, oktyabrın 8-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Baş prokurorunun müavini - Rusiya Federasiyasının Baş Hərbi prokuroru Valeri Petrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə olduğu kimi hərbi və hüquq sahələrində də uğurla inkişaf etdiyini xüsusilə qeyd olunub.

Xalqımızın taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20% ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror, bu günlərdə Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ifadə etdiyi tarixi tezislərdən sitatlar gətirib.

Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror, dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunan nailiyyətlərdən geniş danışıb.

Baş prokuror ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə qonaqlara məlumat verib.

Azərbaycan və Rusiyanın hərbi prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirlməsinin zəruriliyindən və gələcək perspektivlərindən danışıb.

Möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan - Rusiya əlaqələrinin bir çox sahələrdə olduğu kimi özünü hüquq mühafizə sahəsində də büruzə verdiyini diqqətə çatdıran Baş prokuror cari ilin iyununda Rusiya Federasiyası Baş prokuroru Yuri Çayka ilə Moskvada baş tutan görüşünü xatırladıb, səfər çərçivəsində iki ölkənin Baş Prokurorluqları arasında imzalanan “Əməkdşalıq haqqında Saziş”in əhəmiyyətini vurğulayıb.

Səmimi görüşə və ətraflı məlumata görə təşəkkür edən Valeri Petrov ölkəmizə ilk səfəri olduğunu qeyd edərək, nümayəndə heyətinin üzvlərində artıq Azərbaycan haqqında çox sürətlə inkişaf edən, dinamik, müasir və təhlükəsiz ölkə imicinin formalaşdığını bildirib. Qonaq qarşılıqlı səfərlərin, geniş ünsiyyətin və mütəmadi təmasların ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyinə əminllik ifadə edərək, ölkəmizlə bir çox sahələrdə olduğu kimi, hərbi və hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verildiyini, Azərbaycan hərbçilərinin Rusiyada keçirilmiş "Beynəlxalq Ordu Oyunları-2019" çıxışını qeyd edib.

Görüşdə hərbi xidmət əleyhinə olan cinayətlər, təlim səfərləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2019.10.08 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin Naxçıvan planı necə məhv edildi? - Video

Bakıda yüksək vəzifə tutmuş ermənilər: Baş prokuror, nazir...

Müsavat başqanı seçilə bilmədi: səbəbini yazdı

Türkiyə azərbaycanlı uşaqlar üçün bunu göndərdi - Foto

Mirhəsən Seyidov sədr seçildi

Bakıda 4 otaqlı ev yandı

Tramp vədini yerinə yetirmədi - Putin

Zakir Qaralov Gəncəyə yeni prokuror təyin etdi

Nazir yeni müdir təyin etdi

Prezident ailəsi ilə istirahətdə - Fotolar

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla