Yuxarı

Zakir Həsənov NATO admiralı ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov NATO admiralı ilə görüşdü - Foto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda “NATO günləri” çərçivəsində səfərdə olan Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülənt Turanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, müdafiə naziri Azərbaycanın NATO ilə tərəfdaşlıq əlaqələrinin çoxşaxəli olduğunu və bu tərəfdaşlığın daim inkişaf etdirilməsinə böyük önəm verildiyini bildirib.

Müdafiə naziri NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq bunun ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin möhkəmlənməsinə, eləcə də regional sülhə və sabitliyə xidmət etdiyini nəzərə çatdırıb.

Kontr-admiral B.Turan də öz növbəsində Azərbaycan-NATO əlaqələrini yüksək qiymətləndirərək sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlığını xüsusi vurğulayıb. B.Turan həmçinin “NATO Günləri”nin ölkəmizdə yüksək səviyyədə təşkili və keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib, həmçinin əməkdaşlığın inkişaf perspektivləri və NATO-nun İraqda həyata keçirdiyi missiyaya ölkəmizin mümkün töhfəsi barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2019.10.16 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla