Yuxarı

Siyahıya alınmayanlar nə etsin? - Komitə cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb.

Bu barədə siyahıyaalmadan çoxsaylı şəxslərin kənarda qalması barədə Axar.az-ın sorğusuna Dövlət Statistika Komitəsindən verilən cavabda bildirilib. Qeyd olunub ki, siyahıyaalmanın nəticələri 2020-ci ildən etibarən Komitənin xüsusi yaradılmış elektron informasiya sisteminə daxil ediləcək:

“Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq”.

DSK siyahıyaalmadan kənarda qalmış şəxslərin müraciət əsasında siyahıya alınacaqlarını açıqlayıb:

“Siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda, siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb ki, həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.

DSK siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək cari ilin oktyabrın 1-dən etibarən fəaliyyət göstərən “Qaynar xətt mərkəzi”nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir”.

Komitədən siyahıyaalınma üçün ayrılmış vəsaitinin hara xərclənməsi ilə bağlı suala da aydınlıq gətirilib:

“Azərbaycan Respublikasının dövlət büdcəsində siyahıyaalma üçün nəzərdə tutulmuş vəsaitin 82,0 faizi sayıcılar da daxil olmaqla, 42.844 nəfər siyahıyaalma personalının əməyinin ödənişi üçün nəzərdə tutulub ki, həmin vəsait də “Kapital Bank” ASC ilə bağlanmış müqaviləyə əsasən onun yerli filialları tərəfindən plastik kartlar vasitəsilə bu şəxslərə ödəniləcək. Qalan vəsait isə ölkə əhalisinin sayına uyğun olaraq siyahıyaalma materiallarının nəşr edilməsinə, siyahıyaalma prosesi üçün çanta və dəftərxana ləvazimatlarının alınmasına və s. sərf edilib”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 7 sentyabr 2016-cı il tarixli fərmanına əsasən bu ilin 1-10 oktyabr tarixlərində Azərbaycanda əhalinin növbəti siyahıyaalınması həyata keçirilib.

Tarix
2019.10.16 / 14:56
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla