Yuxarı

Abdullaya “dərin dövlət”dən dəstək - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullaya “dərin dövlət”dən dəstək - Özəl

"Paytaxtın iri ticarət mərkəzlərindən olan AMAY-ın inkişafı üçün dövlət dəstək verəcək".

Bu barədə "Axar.az" a AMAY-a yaxın dairələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, uzun illərdən bəri tikilən ticarət mərkəzinin xərci həddindən artıq çox olduğuna və nəzərdə tutulandan az xeyir gətirdiyinə görə, obyektin sahibi iş adamı Abdulla Abdullayev ziyana düşüb.

Buna görə də "AMAY"a dövlət tərəfindən dəstək verilməsi nəzərdə tutulur. Mənbə bildirir ki, Yeni ilin ilk günlərində biz bunun şahidi olacağıq:

"Bir sıra bankların, dövlət qurumlarının və xidmətlətinin ticarət mərkəzinə köçürülməsi hesabına "AMAY"a dəyən ziyanın bərpası və mərkəzin inkişafı planlaşdırılır".

Məlumatda o da bildirilir ki, AMAY-ın böyük bir mərkəz olacağını əvvəlcədən duyan bır sıra türk iş adamları burdan yer icarəyə götürmək üçün indidən müraciət etməyə başlayıblar. Abdulla Abdullayevin bu əlaqələrinin qurulmasını isə köməkçisi Timur Səlcuq koordinasiya edir:

"Çünki onun Türkiyə ilə ciddi iş münasibətləri var və bu əlaqələr Abdulla Abdullayevin sahibi olduğu ticarət mərkəzinə türkiyəli iş adamlarını cəlb etmək üçün əvəzsiz rol oynayır", - mənbə bildirib.

Xatırladaq ki, Timur Səlcuq Türk Dünyasında məşhur isimlərdən olan "dərin dövlət" mənsublarından Abdullah Çatlının yaxın silahdaşlarındandır və ülküçüdür.

Tarix
2013.12.14 / 14:13
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla