Yuxarı

Bəzi şəxslər siyahıyaalınmadan niyə kənarda qalıb? - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəzi şəxslər siyahıyaalınmadan niyə kənarda qalıb? - Cavab

Dövlət Statistika Komitəsi əhalinin siyahıyaalınması zamanı bəzi şəxslərin bu prosesdən kənarda qalmasının səbəbini və bununla əlaqədar görüləcək tədbirləri açıqlayıb.

Dövlət Statistika Komitəsində (DSK) Siyahıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev Axar.az-a bildirib ki, ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb.

A.Abbasəliyev deyib ki, dünya təcrübəsində rast gəlindiyi kimi, ölkəmizdə də bir sıra hallarda siyahıyaalmanı bilavasitə həyata keçirən sayıcılar vətəndaşların ünvanlarına getsə də, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilməyiblər:

“Belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq sayıcılar tərəfindən həmin şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub" adlı sənəd tərtib edilərək ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilib və sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi, sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilib. Lakin həmin bildirişlərin müəyyən yerlərdə qopardılaraq atılması hallarına da rast gəlinib”.

A.Abbasəliyev əlavə edib ki, məlumatların keyfiyyətini təmin etmək üçün siyahiyaalınmadan sonrakı dövrdə, yəni 11-15 oktyabr tarixlərində təlimatçı-nəzarətçi və sayıcılar tərəfindən nəzarət gəzişləri həyata keçirilib, seçmə qaydada sayıcının işinin keyfiyyətinin yoxlanılması ilə yanaşı evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkilib. Eyni zamanda, müxtəlif səbəblərdən siyahıya alınmayan şəxslərin Dövlət Statistika Komitəsində yaradılmış "Qaynar xətt mərkəzi"nə müraciəti əsasında onların siyahıyaalınması təmin edilir.

DSK rəsmisi həmçinin bildirib ki, siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb. Həmin qruplar tərəfindən bu ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra - 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.

Onun sözlərinə görə, əhalinin siyahıyalınmasına hazırlıq dövründə ölkənin hər bir inzibati ərazi vahidi üzrə tərtib olunmuş təşkilati plana əsasən ölkə ərazisi 720 siyahıyalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb, ümumilikdə isə siyahıyalınmaya 42844 işçi cəlb olunub.

Tarix
2019.10.28 / 17:32
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla