Yuxarı

Xidmət rəhbərinin dələduzluq tarixçəsi üzə çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbs olunan "Qala" Beynəlxalq Təhlükəsizlik Xidmətinin rəhbəri Vüqar Hüseynovun dələduzluq əməlləri ilə bağlı daha bir fakt ortaya çıxıb.

Axar.az-ın əldə etdiyi məlumata görə, Vüqar Hüseynov bir neçə il öncə ANS telekanalında sıravi işçi kimi çalışıb.

O bir müddət burada mühafizəçi işlədikdən sonra kanalın operator xidmətinə keçib. Operator xidmətində mövqeyini bərkidən V.Hüseynov daha sonra dələduzluq etməyə başlayıb. O, insanlara müəyyən məbləğ qarşılığında kanalın təhlükəsizlik xidmətinə işə düzəldəcəyi barədə sözlər verib.

Lakin sonradan V.Hüseynovun əməllərindən xəbər tutan kanal rəhbərliyi dərhal onu işdən çıxarıb. Məlumata görə, işdən qovulan Vüqar Hüseynov bir müddət avtopark gözətçisi də işləyib. Sıravi işçidən mühafizə xidmətinin rəhbərliyinə yüksələn və banka sahib olan Hüseynovun sonrakı taleyi və necə varlanması ilə bağlı hələlik heç nə məlum deyil.

Qeyd edək ki, Baş Prokurorluqda "Qala-BTX" və "Azər Mühafizə" MMC-nin direktoru V.Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb. Araşdırmalar zamanı V.Hüseynovun ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar aldığı bəlli olub. Bildirək ki, hazırda 7 minə yaxın mühafizəçi nə qoyduğu depoziti götürə, nə də əmək haqlarını ala bilir. İdarənin Şabran, Qazax, Tərtər və digər yerlərində olan filiallarında işə düzələnlər etiraza qalxıblar. V.Hüseynov bu hadisələrə qədər deputat Eldar İbrahimovun qardaşına məxsus "Kövsərbank"ın səhmlərini alıb. Ehtimal olunur ki, mühafizəçilərdən mənimsədiyi pulları banka yatırıb.

Tarix
2015.01.28 / 08:30
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla