Yuxarı

Oqtay Gülalıyevin xanımından növbəti açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oqtay Gülalıyevin xanımından növbəti açıqlama

12:23

Bakıda avtomobil qəzası nəticəsində xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi üçün Türkiyədən dəvət olunan həkim onun vəziyyəti ilə bağlı açıqlama verib.

Trend-in məlumatına görə, İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatioloq Kadir Doğruer bildirib ki, Oqtay bəyin durumu hazırda kritikdir:

"Beyində ciddi zədəsi var. Beyin xaricində başqa bir problem görünmür. Göründüyü kimi, xəstə üçün vacib olan bütün müalicələr aparılıb. Bundan sonra reanimasiya şəraitində müalicəsi davam etdirilməlidir. Çalışacağıq ki, Oqtay bəyin sağalması üçün əlimizdən gələni edək. Hələ də həyatı təhlükəsi var. Beyin travmalarında ciddi problemlər ortaya çıxa bilər. Bunu əvvəlcədən bilmək mümkün deyil. Azərbaycanda lazım olan bütün tibbi yardımlar göstərilib, vaxtında cərrahi əməliyyat olunub.

Burada Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla birgə Oqtay bəyə baş çəkdik, baş həkimlə görüşdük, bütün prosedurları birlikdə müəyyənləşdirdik. Mənim bura gəlməyim tamamilə Oqtay Gülalıyevin ailəsinin istəyi olub. Əlimdən gələn dəstəyi verməyə çalışıram. Mən azərbaycanlı həkimlərin gördüyü işləri davam etdirəcəm".

Həkim vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında reanimasiya prosedurlarında fərq var:

"Bu prosedurların Oqtay bəyə faydası olacağını düşünürəm. Buna görə də Oqtay bəyi İstanbula aparırıq. Burada hər şey yolundadır, sadəcə xəstənin yaxınlarının tələbi ilə biz onu İstanbula aparmaq qərarı verdik.

Mən burada Azərbaycan dövlətinin vəzifəli şəxsləri və Heydər Əliyev Fondunun rəhbərliyi ilə görüşdüm. Oqtay bəyə verilən dəstəkdən çox təsirləndim. Ümid edirəm ki, bu dəstəyin nəticəsi olacaq. Buna görə Heydər Əliyev Fonduna təşəkkür edirəm".

***

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva onunla birgə İstanbula gedib.

Baku TV-yə müsahibəsində Firuzə Gülalıyeva həyat yoldaşının müalicəsinin Türkiyədə davam etdirilməsinin təmin olunmasına görə Heydər Əliyev Fonduna təşəkkür edib.

Tarix
2019.11.06 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla