Yuxarı

Asif Yusiflinin qızının durumuna aydınlıq gətirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Asif Yusiflinin qızının durumuna aydınlıq gətirildi

Hazırda həbsdə olan Qarabağ qazisi Asif Yusiflinin şəkərli-diabet xəstəliyindən əziyyət çəkən qızı Esmira Yusifovanın durumuna aydınlıq gətirilib.

Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəyalı Məmmədov Report-a açıqlamasında deyib ki, 1998-ci il təvəllüdlü E.Yusifova saat 15.45 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib.

O bildirib ki, xəstə birincili tibb-şəkər xəstəsidir: “Bu da anadangəlmə olur və daim insulindən istifadə edirlər. Görünən odur ki, xəstə müalicəsini düzgün şəkildə aparmayıb. Dünən qanda şəkəri yüksəlib və hiperklinik vəziyyətlə, yəni qanda şəkərin miqdarının yüksək olması diaqnozu ilə xəstəxanamıza gətirilib. Dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, lazımi adekvat tibbi tədbirlər aparılıb, vəziyyəti stabilləşib. Nə dünən, nə də bu gün komada olub, huşu aydındır. Bir sözlə, xəstədə ciddi narahatlıq yoxdur”.

B.Məmmədov əlavə edib ki, xəstənin müalicəsi Reanimasiya şöbəsində dinamik müşahidə altında davam edir: “Bir müddət nəzarətimiz altında qalmalıdır. Səhhəti tam stabilləşdikdən sonra planlı şəkildə xəstəliyinə uyğun tibb müəssisəsinə köçürəcəyik”.

Bizi narahat edən məqam isə xəstənin anası və digər yaxın qohumlarının həkimlərimizə olan aqressiyasıdır. Bizi təhqir edirlər, üzərimizə hücum çəkirlər. Hətta dünən gecə saatlarında xəstənin iki-üç nəfər içkili qohumları zorakılıqla Reanimasiya şöbəsinə giriblər. Növbətçi həkimlər dəfələrlə onlara xəbərdarlıq edib ki, səs-küy salaraq şöbədə dayanmaq olmaz. Çünki xəstənin vəziyyəti stabildir və şöbədə çox sayda ağır xəstələr müalicə alır. Bu şöbədə müalicə alan ağır xəstələri narahat edir. Ona görə də məsələ tərəfimizdən aktlaşdırılıb".

Qeyd edək ki, 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılan E.Yusifova orada yaxşı olduğunu əsas gətirərək təklif olunan müayinə və müalicədən imtina edib və ötən gün iltizamnamə yazaraq evə gedib.

Tarix
2019.11.07 / 12:57
Müəllif
Axar.az
Digər xəbərlər

Qalmaqallı videoçarx silindi

Azərbaycan bunun formalaşmasına töhfə verir

Taleh Yüzbəyovun “dondurma və qadın” reklamı...

Blogerlər niyə Şuşa Forumuna dəvət olundu?

Qordon İlham Əliyevlə fotosunu paylaşdı

Prezidentlər Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Şuşa Forumunda bu suallar niyə verilmədi?

İlham Əliyev onu bu jesti ilə təəccübləndirdi - Foto

Prezidentlər Ağdamdadır

Ötən il İlham Əliyevlə müsahibəm olmuşdu, bu il isə...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla