Yuxarı

“Bakcell” istifadəçilərinin nəzərinə - Yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakcell” istifadəçilərinin nəzərinə - Yenilik

Azərbaycanın mobil rabitə operatoru “Bakcell”ə yeni operator kodu - 099 prefiksi, artıq bir neçə aydır ki, ayrılıb.

Bunu Report-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadənin sözlərinə görə, həmin operator kodunun istifadəsi mobil operatorun özündən asılıdır:

"Bu müəyyən dərəcədə kommersiya sirridir ancaq nazirlik olaraq bildiririk ki, 099 prefiksi artıq ayrılıb və "Baksell" müqavilə bağladıqdan sonra bunu istifadə edə bilər. Amma istifadənin təşkili şirkətin özünün fəaliyyətindən asılıdır".

Xatırladaq ki, bu ilin avqustunda NRYTN-nin "Bakcell" şirkətinə 099 prefiksini verməməsi ilə bağlı məlumat yayılmışdı.

NRYTN-dən Azercell Telekom, həmçinin Bakcell MMC-lərdən yeni kodların və nömrələrin ayrılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciətlər daxil olduğu bildirilmişdi və yeni kodların və nömrələrin MMC-lərə ayrılması, rəsmiləşdirilməsi, həmçinin yerli və beynəlxalq operatorların şəbəkələrində tanıtdırılması istiqamətində işlər aparıldığı qeyd edilmişdi. "Bu işlər başa çatdıqdan sonra yeni kodların və nömrələrin operatorların istifadəsinə verilməsi təmin olunacaq", - nazirliyin məlumatında deyilirdi.

Beləliklə, “Bakcell” iki operator koduna (055 və 099) malikdi.

Qeyd edək ki, ölkənin digər mobil rabitə operatoru olan "Azercell"in də 050 və 051 operator kodlarından başqa yeni - 010 prefiksi istifadəyə verəcəyi gözlənilir.

Tarix
2019.11.07 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla