Yuxarı

35 yaşlı rektor vəzifəsinin icrasına başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Universitetinə yeni rektor təyin olunan Fərid Əhmədov vəzifəsinin icrasına başlayıb.

Axar.az xəbər verir ki, Fərid Əhmədovun 35 yaşı var və o, dünyanın ən mötəbər universitetlərindən sayılan Oksford Universitetində hüquq üzrə doktorluq dissertasiyası müdafiə edən yeganə azərbaycanlıdır.

Fərid Əhmədov eyni zamanda 2009-2011-ci illərdə Oksford Universitetində müxtəlif ölkələrdən olan diplomatlara və dövlət qulluqçularına beynəlxalq hüquq fənni üzrə mühazirə oxuyub.

2002-ci ildə həm Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini, həm də 2003-cü ildə Böyük Britaniyanın "Britiş Cevening təqaüdü" ilə təhsil aldığı Esseks Universitetində magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2011-ci ildən rektor təyin olunduğu tarixədək ADA Universitetində, ondan öncə isə Milli Məclisdə və Konstitusiya Məhkəməsində çalışıb. Ailəlidir, üç övladı var.

Azərbaycan Universitetinin keçmiş rektoru Eldar Qəhrəmanov səhhətində yaranan problemlər səbəbindən öz ərizəsi ilə vəzifəsindən istefa verib. O, bu vəzifəni 2012-ci il mayın 1-dən icra edib. Eldar Qəhrəmanov hazırda İnzibati idarəetmə kafedrasının müdiridir.

Tarix
2015.01.29 / 08:15
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla