Yuxarı

Baş nazirdən daha bir qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Axar.az xəbər verir ki, qərara əsasən, “Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması Qaydası” təsdiq olunub.

Bu qayda “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” qanunun 6.2-ci maddəsinə əsasən hazırlanıb və Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydasını müəyyən edir.

Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Dövlət Gerbinin qabarıq təsviri “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır.

Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir.

Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.

Dövlət Gerbi hazırlanan zaman təhrifə yol verilməməsi məqsədilə alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun “Pantone Red 032C” rəng koduna, palıd budaqlarının yaşıl rənginin “Pantone 7729C” rəng koduna, sünbüllərin sarı rənginin “Pantone 7548C” rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin “Pantone 111C” rəng koduna uyğunluğu təmin edilir.

Dövlət Gerbinin qabarıq təsviri “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsində sadalanan şəxslərin xidməti otaqlarında iş masasının arxa divarının ortasında, divarın hündürlüyünün 2/3 səviyyəsində vurulur.

Dövlət Gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclas salonunda və Azərbaycan Respublikasının bütün məhkəmələrinin iclas salonunda sədrlik edənin arxasında divardan vurulur.

Tarix
2019.11.09 / 10:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla