Yuxarı

Bu gün Göyçayda ən böyük nar nümayiş olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Göyçayda ən böyük nar nümayiş olunacaq

Göyçayda XIV Nar festivalı keçirilir. Dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların və diaspor nümayəndələrinin, yerli və xarici iş adamlarının qatıldıqları möhtəşəm nar bayramında minlərlə insan iştirak edir.

Axar.az xəbər verir ki, XIV Nar festivalı ilə əlaqədar Göyçayda təşkilat komitəsi yaradılıb və tədbirlər planına uyğun olaraq hazırlıq işləri aparılıb. Bayram tədbiri şəhərin Heydər Əliyev parkında və prospektində, habelə şahmat və musiqi məktəblərinin qarşısındakı park və küçələrdə təşkil olunub. Şəhərdə təmizlik-abadlıq işləri görülüb, səliqə-sahman yaradılıb, mərkəzi küçələrə asfalt vurulub, səkilər təmir edilib, binaların fasadı rənglənib, ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr asılıb.

Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək. Tədbirdə qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnmiş narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq. Habelə, festivalda narın satışı da təşkil ediləcək.

Tarix
2019.11.09 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla