Yuxarı

Bakıda çeçen vəhhabilər bu kafedə çalışır - Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda vəhhabilərin biznes qaynaqları barədə Axar.az-a məlumat daxil olub. Verilən xəbərə görə, paytaxtın Yasamal rayon ərazisində, Mirəli Seyidov küçəsində özlərini sələfi adlandıranların ticarət obyektləri fəaliyyətdədir.

Keçmiş Musabəyov heykəlinə yaxın ərazi olan bu ünvanda yol boyunca obyektlər vəhhabilər tərəfindən idarə olunur.

Xəbərin ən maraqlı detalı isə "İstanbul lahmacun" kafesini işlədən vəhhabilərin arasında çeçenlərin də olması iddiasıdır. Onlar kafenin mətbəxində çalışır və əksər hallarda öz dilində danışırlar. Bu ərazidə qəssab dükanı və digər iaşə obyektlərinin də vəhhabilərə aid olduğu bildirilir.

İddialara görə, vəhhabilərin əsas biznes qaynaqlarından biri ətriyyat bazarıdır. Bakının "Sədərək" və "Binə" yarmarkalarına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyindən ətriyyat malları idxal olunur. Bu məhsulların idxalı və satışında əsasən vəhhabilərin aparıcılıq etdiyi iddia edilir.

Qeyd edək ki, son dövrlər hüquq mühafizə orqanları radikal təriqət üzvlərinin maliyyə qaynaqlarını araşdırır. Deputat Cavanşir Paşazadə sözügedən bazarlarda vəhhabilərin qeydiyyata alınmasını təklif etmişdi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Mübariz Qurbanlı isə radikal qrupların maddi dayaqlarının məhv ediləcəyini açıqlamışdı.

Tarix
2015.01.29 / 22:05
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla