Yuxarı

Yeni büdcə layihəsi tam şəffaf deyil – MM-də sərt çıxış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirəm ki, büdcə layihəsi hazırlanarkən şəffaflıq və ədalət ptinsipi tam təmin edilməyib. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, büdcə layihələri qənaətlə və səmərəli istifadə olunmalı, investisiya layihələri şişirdirməməlidir. Təəssüf ki, biz millət vəkilləri bu məsələdə Prezidentə kömək etmək imkanı xaricindəyik.

Axar.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı səsləndirib. Millət vəkili bildirib ki, büdcə sistemi haqqında qanuna zidd olaraq dövlət investisiya proqramının layihəsi büdcə zərfinə daxil edilməyib:

“Ona görə də bizm neçə obyekt tikiləcəyi, hansı obyektin tikintisinə nə qədər vəsait ayrılması barədə ən kiçik məlumatımız belə yoxdur. Hesablama Palatası 34 dövlət proqramı, 4 tədbirlər proqramı, 7 tədbirlər planı ilə əlaqədar olaraq 15 icraçı quruma məktub göndərib və icraçı qurumlar tərəfindən verilən təkliflər əksər hallarda ümumi şəkildə əsaslandırılıb, konkret hədəflər göstərilməyib. Hesablama Palatasının rəyində bu cür qeyd olunur. Bununla Hesablama Palatası əslində Prezidentin dediklərini təsdiq edib. Söhbət büdcə xərclərinin 37,9 faizini təşkil edən 10 milyard 209,9 milyon manatın xərclənməsindən gedir. Bununla yanaşı gələn il 951 milyon manat xarici kredit hesabına dövlət əsaslı vəsait qoyuluşu nəzərdə tutulutr. Xarici borc üzrə büdcədən 1 milyard 828 milyon vəsaitin geri qaytarılması göstərilib. Biz bilirik ki, götürülən kreditlər də əsasən tikintiyə sərf olunur. Ona görə də dövlət zəmanəti ilə götürülən kredit müqavilələri Milli Məclisdə təsdiq olunmalıdır. Çünki o pulları biz büdcədən qaytarırıq. Əlbəttə, o pulların səmərəli istifadə olunduğu sahələr var. Məsələn, Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi qlobal rəqabətlilik hesabatında Azərbaycan Dəmir Yollarının səmərəlilik indeksi 70,8 faiz olub. Bu sahədə islahatlar real olaraq həyata keçirilir və hər bir vətəndaşı məmnun edir. Amma “Azərenrji”yə dəfələrlə artıq vəsait yönəldilib. Buna baxmayaraq, keçən ilin yayında Mingəçevirdə baş verən qəza nəticəsində ölkənin yarısı qaranlığa qərq oldu. Biz xarici dövlətlərdən elektirik enerjisi almaq məcburiyyətində qaldıq. Ümid edirəm ki, yeni rəhbərlik orada da köklü dəyişikliklərə nail olacaq”.

Millət vəkili qeyd edib ki, “Duinq Biznes” hesabatında Azərbaycan 190 ölkə arasında 34-cü yeri tutur. Amma bu ilin 9 ayında əsas kapitala investisiyaların həcmində 49. 4 faiz paya malik olan sənaye investisiyaları 10 faiz, xarici investisiyaların həcmi 27, 6 faiz azalıb:

“Bu da onu gösətirir ki, biz iqtisadi sferanı tənzimləyən, biznes mühitini yaxşılaşdıran qanunlar qəbul etməklə yanaşı, qanunların aliliyini təmin etmək məqsədilə məhkəmə hüquq islahatlarını da dərinləşdirməliyik. Təqdim olunan sənədlərdən görünür ki, neft hasilatı 2,8 faiz azalıb, qaz hasilatının 29,3 faiz artması isə ümumi neft-qaz sektorunda yalnız 1 faizlik artımı təmin edib. Neft sektoru büdcə gəlirlkərinin 56,1 faizini təşkil edir. Əgər neftin qiyməti və hasilatı azalacaqsa, biz gələcəkdə maliyyə problemləri ilə üz-üzə qalacağıq. Mən hesab edirəm ki, bundan yayınmaq üçün qeyri-neft sekrorunun və özəl sektorun inkişafına xüsusi diqqət yetirməliyik. Dövlət biznes fəaliyyəti ilə məşğul olmamalıdır. İqtisadiyyatda proteksianizmə son qoyulmalıdır. Biz böyük özəlləşməyə getməliyik. Gələn il özəlləşmədən büdcəyə 62 milyon vəsaitin daxil oması proqnozlaşdırılır ki, bu da çox kiçik rəqəmdir. Məsələn, bu günlərdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə fəaliyyət göstərən özəl sektorun nümayəndələri mənə müraciət edərək deyirlər ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlətə məxsus kabel kanalizasiya qurğularından istifadəyə Bakı Telfon Rabitəsi MMC və Aztelekom MMC vasitəsilə qadağa qoyub. Özləri isə artıq müasir dünyada istifadə olunmayan və mənən köhnəlmiş qurğulardan istifadə etməklə keyfiyyətli xidmət göstərə bilmirlər. Söhbət 21 özəl şirkətə yaradılan problemlərdən gedir. Hesab edirəm ki, müvafiq strukturlar bu məsələni aydınlaşdırıb tədbir görəcəklər”.

Millət vəkili sonda bildirib ki, siyasi partiyalara, QHT-lərə və KİV-lərə də ayrılan vəsait artırmalıdır.

Tarix
2019.11.12 / 22:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla