Yuxarı

“Araz”da innovativ yenilik: ovuc ilə ödənişlər başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz”da innovativ yenilik: ovuc ilə ödənişlər başladı

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi müasir texnologiyaların tətbiqi ilə müştərilərinin alış-veriş təcrübəsini təkmilləşdirməyə davam edir.

Axar.az xəbər verir ki, bu istiqamətdə təqdim olunan PalmPay sistemi artıq şirkətin 5 mağazasında istifadəyə verilib. Yeni həll müştərilərə ovuc biometrikası vasitəsilə ödənişlərini saniyələr ərzində tamamlamaq imkanı yaradır.

Yeniliyin tətbiqi “Araz”ın innovativ yanaşmasının və rəqəmsal həlləri gündəlik alış-veriş prosesinə inteqrasiya etmək istiqamətində atdığı addımların davamıdır. Müştəri rahatlığını ön planda tutan bu texnologiya kassada ödəniş prosesini daha sadə və sürətli edir.

Xidmətdən istifadə etmək üçün müştəri əvvəlcə PalmPay stendində ovucunu sistemə tanıtmalıdır. Qeydiyyat tamamlandıqdan sonra kassada ovucunu müvafiq cihaza yaxınlaşdırmaqla ödənişini həyata keçirə bilər.

“Araz” müasir texnologiyaları xidmət proseslərinə inteqrasiya etməklə müştərilərə daha rahat alış-veriş imkanları təqdim etməyi hədəfləyir. Ovuc biometrikası ilə ödəniş həlli də bu yanaşmanın praktik nümunələrindən biridir.

Tarix
2026.09.18 / 10:35
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla