Yuxarı

Metroda inanılmaz sıxlıq yaşanır: qatarlar niyə gecikir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Metroda inanılmaz sıxlıq yaşanır: qatarlar niyə gecikir?

Səhər saatlarından metroda müşahidə edilən sıxlıq və qatarların bir neçə dəqiqə gecikməsi sərnişin axınının çox olması ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bu gün metroda yaşanan sıxlığın səbəbləri barədə danışarkən deyib.

B.Məmmədov bildirib ki, heç bir stansiya və qatarda texniki nasazlıq baş verməyib:

“Səhər saatlarından metroda sərnişin sıxlığı müşahidə edilir. Xüsusilə metronun “Koroğlu”, “Neftçilər” stansiyasındakı sıxlıq qatarların ləngiməsinə səbəb olur. Bəzi stansiyalara qatar müəyyən gecikmələrlə çatır. Qatarlar gecikdikdə isə təbii ki, sıxlıq da artır”.

Xatırladaq ki, bu gün səhər saatlarından metroda ciddi sıxlıq və qatarların gecikməsi müşahidə olunur. Bəzi stansiyalarda qatarlar arasında interval 10 dəqiqəyə qalxıb.

Tarix
2019.11.13 / 09:24
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla